Türkiyədə su elektrik stansiyasında qəza:


Dünya 29 Avq 2019 09:34:00 199 0

Türkiyədə su elektrik stansiyasında qəza:

Türkiyənin Sivas vilayətinin Koyulhisar rayonunda yerləşən su elektrik stansiyasında qəza baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində iki avtomobil su altında qalıb, altı nəfər xilas olunub.

Bildirilir ki, su elektrik stansiyasının kanallarından birində partlayış baş verib, nəticədə magistral yol su altında qalıb.

İl Baş məmuru Saleh Ayhan, suyun çəkilməsi üzrə işləri aparıldığını, vəziyyətin nəzarət altında olduğunu söyləyib.