Bakıda sənayedə istehsal olunmuş malların və xidmətlərin həcmi artıb


Digərləri 29 Avq 2019 09:08:00 239 0

Bakıda sənayedə istehsal olunmuş malların və xidmətlərin həcmi artıb

2019-cu ilin yanvar-iyul aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 23,2 milyard manat təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, sənaye məhsulunun 80,9 faizi mədənçıxarma, 17,1 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,9 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,9 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2019-cu il vəziyyətinə 233,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.