Yevlaxda minik avtomobili yük avtomobili ilə toqquşub


Digərləri 29 Avq 2019 09:15:00 218 0

Yevlaxda minik avtomobili yük avtomobili ilə toqquşub

Yevlax rayonunun Aşağı Qarxun kəndində "Chevrolet" markalı minik avtomobili və yük avtomobili toqquşub.

Son.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünün meyitini (şəxsiyyəti dəqiqləşdirilir) nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.