Caz ifaçısı Nensi Hollouey vəfat edib


Dünya 29 Avq 2019 08:53:00 225 0

Caz ifaçısı Nensi Hollouey vəfat edib

Müğənni Nensi Hollouey (Braun) avqustun 28-də Parisdə vəfat edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə AFP agentliyi müğənninin yaxınlarına istinadla məlumat yayıb.

1932-ci ildə Klivlenddə (ABŞ) dünyaya göz açmış Nensi Braun 1960-cı ildə Parisə köçdükdən sonra musiqi karyerasını qurub. O, "Mars" caz klubunda fəaliyyət göstərib. Müğənninin "T'en va pas comme a" mahnısı 1963-cü ildə ona şöhrət gətirib. Nensi Hollouey 1963-1982-ci illərdə 5 albom yazdırıb, habelə 9 filmdə çəkilib. Son qastrolları 2006-2007-ci illərdə olub.