Əyləncə parkları üçün avtonom işləyən mikroavtobus hazırlandı


Digərləri 29 Avq 2019 08:21:00 247 0

Əyləncə parkları üçün avtonom işləyən mikroavtobus hazırlandı

Yaponiyanın "Sony" və "Yamaha" şirkətləri avtonom nəqliyyat vasitəsi və reklam videopanelini birləşdirərək sürücüsüz idarə olunan "SC-1 Sociable Cart" mikroavtobusunu hazırlayıblar. Sözügedən mikroavtobusları əyləncə parkları, qolf-klublar və ticarət mərkəzlərində istifadə etmək planlaşdırılır.

Son.az ICTnews-a istinadən bildirir ki, avtobus saatda maksimum 19 km sürətlə hərəkət edə bilər və əvvəllər təqdim edilmiş dördtəkərli sürücüsüz nəqliyyat vasitəsinin konsepsiyası üzərində hazırlanıb. Amma salon indi daha çox yer tutur, dəyişdirilə bilən batareya daha uzun müddət işləyir.

"SC-1" mikroavtobusu onun içərisində əyləşən şəxslərin ətrafda baş verənləri görə bilməsi üçün kameralarla təchiz edilib. Bu halda təsvir 49 düymlük 4K formatlı televizorda qarışıq reallıq rejimində göstərilir. Pəncərə yoxdur, çünki onların əvəzinə 4 ədəd 4K panel (55 düymlük) quraşdırılıb. Çölə açılan həmin panellərdə yoldan keçənlərə reklam göstərilir. Kameraların köməyilə insanların yaş və cinsini təhlil edən alqoritm çarxları seçməkdə kömək edir.

(adsgarden = window.adsgarden || []).push({});