Çində qəza nəticəsində 6 nəfər həlak olub


Dünya 29 Avq 2019 08:12:00 162 0

Çində qəza nəticəsində 6 nəfər həlak olub

Çinin Helan qəzasında iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində altı nəfər ölüb, daha 14 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə informasiya portalı "Tencent" bildirib.

Məlumata əsasən, yol qəzası avqustun 28-də axşam saatlarında baş verib. Polisin bildirdiyinə görə, hər iki fərdi avtomobilin salonlarında "normadan çox sərnişin var imiş".

Bütün xəsarət alanlar ən yaxın xəstəxanaya göndərilib. Hadisənin səbəbləri araşdırılır.