Yaponiyada 6,1 bal gücündə zəlzələ olub


Dünya 29 Avq 2019 08:02:00 231 0

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

Yaponiyanın şimal prefekturaları Aomori və Hokkaydonun yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiyanın Milli Meteoroloji İdarəsi xəbər verib.

Məlumata əsasən, sunami təhlükəsi elan edilməyib.

Yeraltı təkanların episentri Honsyuvə Hokkaydo adaları arasında Sakit Okeanda, ocağı isə 10 km dərinlikdə yerləşib.