Yaponiyada 6,1 bal gücündə zəlzələ olub


Digərləri 29 Avq 2019 06:48:20 177 0

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

Yaponiyanın şimal prefekturaları Aomori və Hokkaydoda 6.1 bal gücündə zəlzələ baş verib

Bakı. Yaponiyanın şimal prefekturaları Aomori və Hokkaydo yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Milli Meteoroloji İdarəsi xəbər verib. Məlumata əsasən, sunami təhlükəsi elan edilməyib. Yeraltı təkanlarının episentri Honsyuvə Hokkaydo adaları arasında Sakit Okeanda, ocağı isə 10 km dərinlikdə yerləşib.