Neftçalada yanğın olub


Digərləri 29 Avq 2019 02:43:00 246 0

Neftçalada yanğın olub

Neftçala rayonunda yanğın baş verib

Bakı. Neftçala rayonunda yanğın baş verib. FHN-dən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 210 m² olan (150 m² sahədə talvar, 60 m² sahədə tövlə) köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 60 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.