Azərbaycan nefti ucuzlaşdı


Digərləri 28 Avq 2019 23:50:00 191 0

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 27-də 61,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,20 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,37 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.