İti vurmaq istəmədi, avtobus aşdı


Dünya 28 Avq 2019 23:39:00 307 0

İti vurmaq istəmədi, avtobus aşdı

Türkiyənin Aydın vilayətinin Sultanhisar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Aydın-Dənizli yolu ilə hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində baş verib. 

İlkin məlumata görə, sürücü qəfil yola çıxan iti vurmamaq üçün sərt dönüş edərkən idarəetməni itirib. 

Avtobus Nazillidəki fabrikdən götürdüyü işçiləri aparırmış. Qəza nəticəsində 47 nəfər yaralanıb. Onların xəstəxanalara çatdırıldığı bildirilir.