Azərbaycanda ağır qəza: ölən və çoxlu sayda xəsarət alanlar var


Digərləri 28 Avq 2019 22:35:00 246 0

Azərbaycanda ağır qəza: ölən və çoxlu sayda xəsarət alanlar var

Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Son.az bildirir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. 24 nəfər müxtəlif xəsarətlərlə Lənkəran MRX-ya çatdırılıb.

Onlardan 23-ü travmatologiya şöbəsinə, bir nəfər qadın isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.