Danışa bilməyən uşağın ağlamasının 6 səbəbi Necə sakitləşdirməli?


Digərləri 28 Avq 2019 22:20:00 236 0

Danışa bilməyən uşağın ağlamasının 6 səbəbi  Necə sakitləşdirməli?

Kiçik yaşlı, hələ danışıb, fikrini çatdıra bilməyən uşaqlar ətrafdakılara fikrini, problemini çatdırmaq üçün təbii olaraq ağlamaqdan istifadə edəcək.

1-2 yaşlı uşaqlar kədərli olanda, darıxanda, tək qalanda, diqqət istəyəndə, acanda, susuyanda, narahat olanda, istidə, soyuqda ağlayırlar.

Uşağın qarnı, başı, dişi, qulağı ağrıyanda da şiddətli ağlayır. 

Son.az medicina.az-a istinadən hələ danışa bilməyən uşaqların ağlamağının 6 səbəbini və bu zaman ananın hansı addımlar atmalı olduğunu təqdim edir.

1.Uşaq ananın diqqətini istəyir

Uşaqlar özlərini anası ilə taktil kontakt, bədən toxunuşu zamanı təhlükəsizlikdə hiss edir. Südəmər körpə tək qalmaqda qorxur, bu ərəfədə uşağa təhlükəsizlik hissi hava-su kimi lazımdır. 

Həm də ananın övladı mimikalar vasitəsilə ünsiyyəti, baxışı, danışması uşağın görmə, eşitmə və nitqinin formalaşması üçün vacibdir. Nə qədər çətin olsa da, uşağı təklikdə ağlamaqla baş-başa qoymayın, 3 yaşından sonra o bu qədər sizə bağlanmayacaq.

2.Fizioloji tələbatlar

Aclıq, susuzluq, tualetə getmək istəyi, yuxu, isti, soyuq . Amma uşaq daha çox ac olanda bərk ağlayır.

Əgər sovet dövründə pediatrlar körpəni ciddi rejimlə, saatla əmizdirib yedirməyi tövsiyyə edirdilərsə, müasir pediatrlar uşağın şəxsi tələbatına görə yedizdirməyi deyir. Uşaq artıq yeməyəcək, doyan kimi çəkilir. Saata əməl etməklə uşaq yedirtmək 40 ildir qabaqcıl ölkələrdə tətbiq olunmur. Çünki bu rejim uşağın normal fizioloji inkişafına mane olur, həzm və sistemi üçün zərərlidir. 

Əgər uşağa çox istidirsə, o əl-ayaqlarını kəskin kənara hərəkət etdirir, dərisi, üzü qızarır, dərisində xırda səpkilər yaranır. 

3.Bağırsaq kolikləri, sancılar

Daha çox oğlan uşaqlarını ilk 6 ayında çox narahat edir. Koliklər uşağa rahatlanamağa, yatmağa, şən olmağa imkan vermir. Bu yaşda uşaqların fermentativ sistemi hələ inkişaf etmədiyindən, həzm pozuntuları çox olur və bağırsaqlarda qazlar çox yığılır. Bu çox ağrılıdır. 

Uşağın qarnı gərgin olur, ayaqlarını qarnına yığır, sonra qəfil açır, yumruqlarını bükür.  Bu zaman uşağı qarnı üstə qurbağa pozasında qoymaq, qarnını isti ovuclarla dairəvi masaj etmək, köp əleyhinə dərman və ya çay verilir, qaz yaradan qidaları azaldır, süd, alma, armud və s. az verilir. 

4.Xəstəlik, ağrı 

Bu ən ciddi səbəbdir. Başqa səbəblərlə qarışdırıldığından, vaxtında həkimə aparılmır. 

Əgər uşaq kəskin işığa, səsə ağlayırsa, gözünü yumursa, heç bir köməkdən sonra sakitləşmirsə, yeməklər arasında fasilə olmasına baxmayaraq acımırsa və az yeyirsə deməli, xəstəlik var. Daha çox infeksion vuruslara yoluxurlar. Həmçinin uşaqlarda da kor bağırsaq, yırtıq, xaya və yumurtalıq burulması, bir sıra ağır xəstəliklər zamanı şiddətli ağrı olur

(adsgarden = window.adsgarden || []).push({});