Meksikada bara edilən hücum nəticəsində 26 nəfər ölüb


Dünya 28 Avq 2019 22:25:00 238 0

Meksikada bara edilən hücum nəticəsində 26 nəfər ölüb

Meksikanın Verakrus ştatındakı Koatsakoalkos şəhərində olan bara edilən hücumun nəticəsində 26 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə regionun Baş prokurorluğu bildirib.

Məlumata əsasən, ölənlərin sayı 10 nəfər qadın və 16 kişi olmaqla 26 nəfərdir, daha 11 nəfər xəsarət alıb.

Bildirilir ki, hücumda ən azı 10 nəfər iştirak edib.