Səhvən oğluna 350 milyon dollarlıq iki təyyarə aldı


Dünya 28 Avq 2019 21:15:00 268 0

Səhvən oğluna 350 milyon dollarlıq iki təyyarə aldı

Səudiyyə Ərəbistanında yaşayan bir ata övladının doğum gününə sürpriz etmək üçün kiçik təyyarə sifarişi verib.

Son.az Musavat.com-a istinadən bildirir ki, ata ingilis dilini yaxşı bilmədiyindən o, 365 milyon dollar dəyərində iki ədəd "Airbus A350-1000s" təyyarəsi sifariş edib.

Yanlışlığı tam dərk edə bilməyən ataya bir müddət sonra belə bir sorğu gəlib - "Təyyarəni kim sürəcək?".

Sual qarşısında çaşıb qalan milyarder ata əvvəlcə bunun bir zarafat olduğunu sanıb. Lakin sonradan yanlışlıqla dünyanın ən böyük təyyarə istehsalçısı olan şirkətdən iki "Airbus" aldığını anlayıb. Artıq ödənişi edən ata məcburiyyət qarşısında təyyarələrdən birini özünə saxlayıb, digərini isə yaxın qohumuna hədiyyə edib.

(adsgarden = window.adsgarden || []).push({});