Azərbaycanın Litvadakı investisiya həcmi açıqlanıb


Digərləri 28 Avq 2019 21:05:00 197 0

Azərbaycanın Litvadakı investisiya həcmi açıqlanıb

Azərbaycanın Litvaya qoyduğu investisiyanın həcmi açıqlanıb.

Son.az bildirir ki, Litva İqtisadiyyat və İnnovasiya Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin birinci rübündə Azərbaycanın Litvaya birbaşa investisiyalarının həcmi 1,82 milyon avro təşkil edib.

Nazirlikdən bildirilib ki, işgüzar münasibətlər üçün yeni imkanlar daim yeni xarici sərmayələrin cəlb edilməsi üçün çalışan Litva hökuməti tərəfindən yüksək qiymətləndirilir: "İki ölkə arasındakı hazırkı investisiyaların həcmi az olsa da, iş mühitini təkmilləşdirmək istəyi investisiya əməkdaşlığının daha da yaxşılaşmasına yol açır. Litva Bankının məlumatına görə, birbaşa xarici investisiyanın həcmində Azərbaycanın Litvadakı payı 2019-cu ilin ilk rübü üzrə 1,82 milyon avro təşkil edib. Həmin dövrdə Litvanın Azərbaycana birbaşa sərmayəsi isə 0,36 milyon avro olub".

Qeyd edilib ki, Litva Azərbaycanla əməkdaşlıq təşəbbüsləri üçün açıq qalır və müxtəlif sahələrdə, məsələn, qida sənayesi, mebel, elektrik maşınları və avadanlıqları, müxtəlif xidmətlər, o cümlədən maliyyə xidmətləri, informasiya və nəqliyyat xidmətləri sahələrində geniş əməkdaşlıq perspektivlərini görür.