Yolu keçən piyadanı avtomobil vurub öldürdü


Digərləri 28 Avq 2019 20:35:00 192 0

Yolu keçən piyadanı avtomobil vurub öldürdü

Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, avqustun 27-də saat 21 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Gürcüstan vətəndaşı B.Mahmudov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakini Nurlan Yusifovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Araşdırma aparılır.