Yenidən Aya uçuş olacaq


Digərləri 28 Avq 2019 19:39:00 287 0

Yenidən Aya uçuş olacaq

ABŞ Kosmik Agentliyi (NASA) 2024-cü ildə Ayın cənub qütbünün yaxınlığına biri qadın olmaqla iki astronavt göndərmək niyyətindədir.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə agentlik rəhbəri Cim Braydenstayn bildirib.

Onun sözlərinə görə, gələcəkdə qadınlar kosmosun mənimsənilməsində əsas rol oynayacaqlar. O, həmçinin Marsa göndəriləcək ilk kosmonavtın qadın olacağını da istisna etməyib:

"Biz bu məqsədə yaxınıq, çünki növbəti ilin martında tarixdə ilk dəfə qadın astronavtlar qrupu açıq kosmosa çıxacaq".

(adsgarden = window.adsgarden || []).push({});