Qazaxıstanın milli valyutası ucuzlaşmaqda davam edir


Dünya 28 Avq 2019 19:14:00 223 0

Qazaxıstanın milli valyutası ucuzlaşmaqda davam edir

Qazaxıstanın valyutadəyişmə məntəqələrində 1 dollar 387,83 tengeyə satılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstan milli valyutası ABŞ dollarına nisbətdə ucuzlaşmaqda davam edir. Bəzi mübadilə məntəqələrində dollar 388-389 tengeyə təklif olunur.

Avqustun 27-də Qazaxıstan Fond Birjasının səhər və gündüz sessiyalarının yekununda ABŞ dollarının ortaçəkili məzənnəsi 1 dollar üçün 387,55 tenge təşkil edib.