Qədəmlərin mübarək... Rusiyanın ilk insanabənzər robotu kosmosa köçür


Dünya 28 Avq 2019 18:54:00 199 0

Qədəmlərin mübarək... Rusiyanın ilk insanabənzər robotu kosmosa köçür

Göyərtəsində Rusiyanın ilk insanabənzər robotu olan "Fyodor"u daşıyan "Soyuz MS-14" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla birləşə bilib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu kosmik gəminin BKS-ə ikinci birləşmək cəhdi olub.

"Birləşmə baş tutdu", - Rusiyanın Uçuşlara Nəzarət Mərkəzinin diktoru deyib.

"Soyuz MS-14" gəmisi avqustun 22-də Bakı vaxtı ilə saat 7:38-də (Moskva vaxtı ilə saat 6:38-də) Qazaxıstanda yerləşən Baykonur kosmodromundan kosmosa buraxılıb. Kosmik gəmi göyərtəsində "Fyodor" robotunu daşıyır. Raketin səmaya qalxması anında "Fyodor" ilk kosmonavt Yuri Qaqarin kimi "Getdik! Getdik!" sözlərini deyib.

Kosmik gəmi buraxıldıqdan iki sutka sonra, yəni avqustun 24-də Bakı vaxtı ilə saat 9:30-da (Moskva vaxtı ilə saat 8:30-da) Beynəlxalq Kosmik Stansiya ilə birləşməli idi, lakin müəyyən problemlər səbəbindən bunu təyin olunmuş vaxtda etmək mümkün olmayıb.

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) baş direktoru Dmitri Roqozin RİA Novosti-yə bildirib ki, kosmik gəminin BKS ilə birləşməsindən sonra kosmonavtlar "Fyodor" robotunu gəmidən stansiyaya köçürməyə başlayıblar.

(adsgarden = window.adsgarden || []).push({});