Yaponiyanın şimalında göyərtəsində yeddi nəfərin olduğu gəmi itib


Dünya 28 Avq 2019 18:14:00 261 0

Yaponiyanın şimalında göyərtəsində yeddi nəfərin olduğu gəmi itib

Yaponiyanın Hokkaydo adası yaxınlığında göyərtəsində yeddi nəfərin olduğu balıqçı gəmisi ilə əlaqə kəsilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Sakit okeanda, Kuşiro limanından 90 kilometr məsafədə baş verib.

Bildirilir ki, gəmidə 3 nəfər Yaponiya və dörd nəfər İndoneziya vətəndaşı olub. Son dəfə rabitə əlaqəsinə çıxan kapitan güclü dalğalar nəticəsində gəminin xeyli əyildiyini bildirib.

Hazırda hadisə yerinə xilasedicilər göndərilib.