Qadın uşaqlarının boğaz ağrısı səbəbindən ayağı ilə barmaqlarını itirdi


Dünya 28 Avq 2019 18:24:00 220 0

Qadın uşaqlarının boğaz ağrısı səbəbindən ayağı ilə barmaqlarını itirdi

ABŞ-ın Viskonsin ştatının sakini Alişa Kennenin sağ dizinədək ayağını, əl barmaqlarını və sol ayağının barmaqlarını amputasiya ediblər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, buna səbəb qadının uşaqlarından infeksiyaya yoluxmasıdır.

Hadisə Rays-Leyk şəhərində baş verib. Qadın ayağına dolaşan itinə ilişərək yıxılıb. Bu zaman kürəyindən xəsarət alıb. Bir neçə gün sonra qadında daxili qanaxma başlayıb, orqanları imtina edib. Kenneni intensiv terapiya şöbəsinə yerləşdiriblər.

Onun sözlərinə görə, həkimlər o dəqiqə anlayıblar ki, vəziyyəti "birtəhərdir". Amma simptomların ağırlığı diaqnoz qoymağa əngəl olub.

Sonradan məlum olub ki, qadının xəstələnməsinə Kennenin üç uşağının birdən boğaz ağrısına yoluxması səbəb olub. A qrupuna aid sreptokokk qadının kürəyindəki yaradan orqanizminə düşüb, kəskin tonzillit və nəticədə toksiki-infeksion şok törədib.

(adsgarden = window.adsgarden || []).push({});