Günəş enerjisi ilə işləyən ilk dəmir yolu istifadəyə verildi


Digərləri 28 Avq 2019 18:09:00 291 0

Günəş enerjisi ilə işləyən ilk dəmir yolu istifadəyə verildi

"Riding Sunbeams" şirkəti Hempşir şəhərində dünyada günəş enerjisi ilə işləyən ilk dəmiryol xəttini istifadəyə verib.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, sözügedən dəmiryol xəttinin uzunluğu çox olmasa da, artıq eksperimental deyil, davamlı işləyir.

Şirkətin rəsmisi 2020-ci ildə şəhərətrafı dəmiryol xətlərini yeni enerji mənbəyinə keçirməyə söz verib.

Kontakt relsinə enerji birbaşa günəşdən deyil, kabel vasitəsilə yaxınlıqda yerləşən günəş elektrik stansiyasından verilir. Yaxınlıqda yerləşən fermer təsərrüfatında enerji generasiya edən 100 günəş paneli quraşdırılıb.

(adsgarden = window.adsgarden || []).push({});