Bakı-Sumqayıt qatarlarında yaranan problemin SƏBƏBİ bilindi


Digərləri 28 Avq 2019 18:03:00 206 0

Bakı-Sumqayıt qatarlarında yaranan problemin SƏBƏBİ bilindi

Bu gün səhər saatlarında Bakı-Sumqayıt-Bakı elektrik qatarlarından istifadə edən sərnişinlər gedişhaqqı kartlarının yüklənməsində problemlə üzləşiblər.

Bakı. Ceyhun Ələkbərov - Bu gün səhər saatlarında Bakı-Sumqayıt-Bakı elektrik qatarlarından istifadə edən sərnişinlər gedişhaqqı kartlarının yüklənməsində problemlə üzləşiblər. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, buna səbəb elektrik enerjisində qısamüddətli kəsinti olub. QSC-dən bildirilib ki, yaranan problem 5 dəqiqiə ərzində müvafiq qurumların əməkdaşları tərəfindən həll edilib. Əlavə olunub ki, yaranmış fasilənin bilet satışı sistemlərində mövcud avadanlıqlarla heç bir əlaqəsi olmayıb: