Həsən Ruhani Donald Trampla görüşdən imtina edib


Dünya 28 Avq 2019 17:54:00 208 0

Həsən Ruhani Donald Trampla görüşdən imtina edib

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampla görüşməkdən imtina edib.

Son.az APA-ya istinadla bildirir ki, Ruhani deyib ki, ancaq məlum sanksiyalar ləğv ediləcəyi təqdirdə Trampla görüşə bilər.

"Bunsuz bu qıfıl açılmayacaq", - o bildirib.

Məlumat üçün bildirək ki, İran prezidenti bu sözləri xarici işlər naziri Məhəmməd Zərifin bazar ertəsi Fransada G7 sammitinə elan edilməmiş gəlişi və çıxışından sonra deyib.