Dünyanın lider dövləti sürətlə süquta uğrayır


Dünya 28 Avq 2019 17:59:00 195 0

Dünyanın lider dövləti sürətlə süquta uğrayır

Artıq heç kim ABŞ-dan qorxmur.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Londonda yayımlanan "Reyvul Yevm" qəzetinin fələstinli baş redaktoru Əbdülbari Atvan deyib.

Yəməndə ABŞ dronunun vurulmasına diqqət çəkən jurnalist qeyd edib ki, artıq dünyanın lider dövləti sürətlə süquta uğrayır:

" Düşmənləri onun üçün təhlükəyə çevrilə bilərlər. Çünki ABŞ-ın 200 minlik təyyarələrini bir neçə minlik raketlərlə vura biləcək gücə çatdılar. Bütün bu proseslər ABŞ-ın hərbi sənayesinə vurulan zərbələri göstərir".