İran bizə ölümcül zərbə vurmaq istəyir


Dünya 28 Avq 2019 17:39:00 254 0

İran bizə ölümcül zərbə vurmaq istəyir

İsrail İranın təhdidlərindən özünü qorumaq üçün gərəkli olan bütün yollardan istifadə etməyə hazırdır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

"İran İsrail dövlətinə qarşı ölümcül hücumlar həyata keçirmək üçün bir neçə cəbhədə fəaliyyət göstərir. İsrail lazımi formalarda özünü müdafiə edəcək. Beynəlxalq ictimaiyyət İranın hücumlarını dayandırmaq üçün hərəkətə keçməlidir", - deyə baş nazir bildirib.