Azyaşlıları zorlayıb, özü intihar edən milyarderlə bağlı məhkəmədə İNANILMAZ FAKTLAR


Dünya 28 Avq 2019 16:44:00 225 0

Azyaşlıları zorlayıb, özü intihar edən milyarderlə bağlı məhkəmədə İNANILMAZ FAKTLAR

Yetkinlik yaşına çatmayan qızları zorlamaya sövq edib, daha sonra özünə həbsxanada qəsd edən milyarder Cefri Epsteynlə (Jeffrey Epstein) bağlı məhkəmə prosesində şok məqamlar ortaya çıxıb.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində milyarderin yetkinlik yaşına çatmayan qızların fahişəliyə  cəlb edilməsi işinda ABŞ-ın hazırkı prezidenti Donald Tramp, sabiq prezident Bill Klinton, Hillari Klintonun da adı hallanır. 

Qeyd edək ki, milyarderin evində Bill Klintonun qadın geyimində olan fotosu bu gündlərdə medaida yayılmışdı.

Milyarder  həbsxanada özünə qəsd etsə də, məhkəmədə zorlamaya məruz qalan qurbanlar bir-bir söz alaraq, onunla  bağlı şok faktları səsləndiriblər. Zorlama hadisəsinin qurbanları deyiblər ki, milyarder ölsə də, onun bəraət qazanmasına imkan verməyəcəyik.

Transmilli mütəşəkkil cinayətkar dəstənin bu işində Donald Trampın da adı hallanıb.

66 yaşlı milyarderin ölümündən sonra qucağında uşağı ilə məhkəməyə gələn qurbanlardan biri olan Teala Davies onu aldadaraq zorladığı barədə ifadə verib.

Qeyd edək ki,  milyarderin azyaşlı qadınları zorladığını ilk dəfə gündəmə gətirən ingilis aktrisa Anouska de Georgiou olub. 42 yaşlı aktrisa deyib ki, hələ yeniyetmə zamanı Epsteinlə tanış olub:

"O, məndən istifadə etdi və zorladı". 

Chauntae Davies isə ifadəsində deyib ki, Epstein ölsə də, onun bəraət almasına  imkan verilməyəcək. Onunla bir adada tanış olduğunu qeyd edən Davies milyarderin onu masaj etdirmək üçün işə qəbul etdiyini deyib. "3-4 dəfə masaj etdikdən sonra Epstein onu  zorlayıb və bu uzun zaman davam edib.. Vircinia Roberts Giuffre ise ifadəsində deyib ki, hələ 15 yaşı olanda zamanında ABŞ-ın indiki prezidenti Donald Trampın  Floridadaki Mara Lago klubunda işə başlayıb.

(adsgarden = window.adsgarden || []).push({});