Göygöldə avtomobilin vurduğu Gəncə sakini xəstəxanada öldü


Digərləri 28 Avq 2019 15:55:00 234 0

Göygöldə avtomobilin vurduğu Gəncə sakini xəstəxanada öldü

Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, avqustun 27-də saat 21 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Ş.İbrahimov idarə etdiyi "VAZ-21012" markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Yetirən Həsənovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.