Yəmən prezidenti hər an qətlə yetirilə bilər


Dünya 28 Avq 2019 15:41:00 219 0

Yəmən prezidenti hər an qətlə yetirilə bilər

Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadi hər an qətlə yetirilə bilər.

Hər şey təsadüfən, Birləşmiş Ərəb Əmirliklərinin sabiq müdafiə naziri, general Daqi Həlfanın Twitter-də paylaşdığı tvitdən sonra başlayıb.

Son.az-ın xəbərinə görə, Həlfan yazıb ki, Yəmən prezidentini öldürməyə dəyməz, çünki onun yerini dərhal müavin, briqada generalı Əli Möhsün əl Əhmar tutacaq. Əli Möhsün "İhvan əl Müslimin" hərəkatının Yəmən bölməsinin liderlərindən biridir.

BƏƏ "ihvan"ları terrorçular sayır.

BƏƏ prezidentinin müavini, Əbu-Dabi əmiri Məhəmməd Zeyd əl Nəhayyanın sağ əli sayılan Həlfanın tviti aranı qatıb. 

Yəmənlilər bu gün küçələrə çıxıblar. Onlar deyirlər ki, əgər Həlfan belə yazırsa, deməli, BƏƏ prezident Hadiyə qarşı sui-qəsdi müzakirə edir.

(adsgarden = window.adsgarden || []).push({});