Messinin zədəsi uzun çəkə bilər


İdman 28 Avq 2019 15:05:00 323 0

Messinin zədəsi uzun çəkə bilər

Barcelona komandasının futbolçusu Lionel Messinin zədəsi uzun çəkə bilər.

Goal.az RAC1-ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu daha bir ay yaşıl meydanlardan kənar qalacaq. Argentinalı forvard zədə səbəbindən Kataloniya təmsilçisinin ABŞ-dakı təlim-məşq toplanışını və La Liqanın birinci turunu buraxmalı olub.

Qeyd edək ki, Messinin ayaq əzələsində problem var. Barcelona-da Luis Suares, Usman Dembele və qapıçı Neto da zədəlidir.