Meksikada barda yanğın:


Dünya 28 Avq 2019 14:01:00 260 0

Meksikada barda yanğın:

Meksikada barda baş verən yanğın nəticəsində azı 23 nəfər həlak olub, 13 nəfər isə ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara yerləşdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Verakrus ştatının Baş prokurorluğunun "Twitter" səhifəsində yerləşdirilib.

İnsident avqustun 27-də axşam saatlarında Koasakoalkos şəhərində yerləşən "El Caballo Blanco" barında baş verib.

Hazırda hadisənin səbəbləri araşdırılır. Yerli "Razon" qəzetinin məlumatına görə, yanğın bara "Molotov kokteyli" atıldıqdan sonra başlayıb. Həmin versiya hələlik hakimiyyət orqanları tərəfindən təsdiqlənməyib.