Diqqət! Bu küçədə rənglənmə işləri aparılacaq


Digərləri 28 Avq 2019 14:34:20 174 0

Diqqət! Bu küçədə rənglənmə işləri aparılacaq

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bakı. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.