Çimərliklərdə timsahları dronla izləyəcəklər


Digərləri 28 Avq 2019 14:11:00 197 0

Çimərliklərdə timsahları dronla izləyəcəklər

Avstraliyada çimərliklərin yaxınlığında timsahların hərəkətini izləmək üçün süni intellektli dronlardan istifadə olunmağa başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kvinslend ştatının Texnologiya Universitetinin əməkdaşlığı ilə "Little Ripper Group" kompaniyasının hazırladığı bu qurğular Avstraliya sahillərindəki okean sularında yaşayan 16 müxtəlif heyvan növünü, o cümlədən köpəkbalığını fərqləndirə bilir.

Təhlükəli obyekt aşkarlandığı zaman dronda həyəcan siqnalı və səsgücləndiricilər işə düşür, təhlükə ilə üzləşən üzgüçülərə havadan xilasetmə vasitələri atılır. İlk vaxtlar innovativ dronlardan Kvinslend çimərliyi səmasında istifadə olunacağı gözlənilir.

Timsahlar hər il yer üzərində 2 mindən çox insanın ölümünə səbəb olur. Ekspertlərin hesablamalarına görə, Avstraliyada, əsasən də ölkənin şimalında 200 minə yaxın timsah var.

(adsgarden = window.adsgarden || []).push({});