BMTnin Baş katibi "iqlim sahəsində fövqəladə vəziyyət" elan etdi


Dünya 28 Avq 2019 14:17:00 252 0

BMTnin Baş katibi "iqlim sahəsində fövqəladə vəziyyət" elan etdi

2019-cu ilin iyulu bütün meteomüşahidələrin tarixində ən isti ay olub. 2015-2019-cu illər isə çox güman, ən isti illər olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Fransanın Biarrits şəhərində "Böyük yeddiliy"in sammitində çıxışında BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

BMT-nin başçısı vurğulayıb ki, dünya liderlərinin görüşünə iqlim məsələlərinə dair sammit üçün siyasi iradəni səfərbərliyə almağa gəlib. Sammit sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində təşkil ediləcək.

Baş katib deyib: "Dünya Meteorologiya Təşkilatının məlumatına görə, atmosferdə karbon qazının konsentrasiya səviyyəsi bəşəriyyətin bütün tarixi ərzində ən yüksək həddə çatıb: karbon qazının belə səviyyəsi 3-5 milyon il əvvəl də mövcud olub, onda temperatur da xeyli yüksək, dənizlərin səviyyəsi isə 10-20 metr yüksək olub".

O xatırladıb ki, Qrenlandiyada buzlaqlar sürətlə əriyir. Təkcə iyul ayında orada 179 milyard ton buzlaq əriyib. Eyni zamanda Sibir, Alyaska, Kanada, Qrenlandiya və Amazonda bu ilin iyun-iyul aylarında yanğınlar onlarca meqaton karbon qazının atmosferə tullanmasına gətirib çıxarıb.

(adsgarden = window.adsgarden || []).push({});