Azərbaycanın turizm potensialı ilə bağlı Rusiyada silsilə təqdimatlar keçiriləcək


Digərləri 28 Avq 2019 14:16:00 166 0

Azərbaycanın turizm potensialı ilə bağlı Rusiyada silsilə təqdimatlar keçiriləcək

Azərbaycanın turizm potensialı ilə bağlı Rusiyada silsilə təqdimatlar keçiriləcək

Bakı. Azərbaycanın turizm potensialı ilə bağlı Rusiyada silsilə təqdimatlar keçiriləcək. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, avqustun 27-dən 29-dək Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçiriləcək. Tədbirdə 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edir. Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq.