Trans-Adriatik Boru Kəməri (TAP) ilk qazın verilməsinə hazırdır


Digərləri 28 Avq 2019 14:03:00 221 0

Trans-Adriatik Boru Kəməri (TAP) ilk qazın verilməsinə hazırdır

Trans-Adriatik Boru Kəməri (TAP) gələn il ilk qazın verilməsinə hazırdır

Bakı. Ləman Zeynalova - Trans-Adriatik Boru Kəməri (TAP) gələn il ilk qazın verilməsinə hazırdır. Trend-in məlumatına görə, bunu TAP-ın İdarəetmə Direktoru Luka Skeppati deyib. Onun sözlərinə görə, texniki baxımdan istismara hazırlığa və işə başlamağa keçməzdən əvvəl konsorsium yer hissəsini tamamlamağa çalışır: "Eyni zamanda, konsorsium ötürmə sistemi operatoru və müstəqil nəqliyyat operatoru kimi ticari əməliyyatları idarə etməyə hazırlaşır. Bundan əlavə, konsorsium ticarət səviyyəsində üç ölkədə fəaliyyət göstərmək üçün bir sıra lisenziyaları səlahiyyətli orqanlardan əldə etmək üçün addımlar atır". Direktor daha sonra qeyd edib ki, bu ilin sonuna qədər Yunanıstan və Albaniyadakı boruların yüz faizi torpağa basdırılmalıdır: