"Maus"u əvəz edən cihaz hazırlandı


Digərləri 28 Avq 2019 13:29:00 191 0

"Maus"u əvəz edən cihaz hazırlandı

"Swiftpoint" adlı kiçik şirkət istənilən yerdə kompüterlə işləmək üçün nəzərdə tutulmuş yığcam maus hazırlayıb.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, "Tracpoint" adlı cihaz adi kompüter mausu və trekboldan ibarətdir və çox kiçik korpusa yığılıb, çəkisi 24 qr-dır.

Mausun korpusu elə işlənib hazırlanıb ki, onu üç barmaqla istifadə etmək mümkün olacaq. Həmçinin onun sensoru istənilən səthlə işləyir. "Tracpoint" cihazını, həmçinin təqdimatların keçirilməsində istifadə etmək olar. Virtual göstəriciyə çevrilə maus vasitəsilə slaydları dəyişdirmək, proqramları işə salmaq və başqa məsələləri yerinə yetirmək olar. Jestlərin sazlanması üçün qurğu "Windows" və "macOS" üçün proqram təminatı ilə birgə tədarük olunur.

(adsgarden = window.adsgarden || []).push({});