"Tənbəl" sözü Ramalı özündən çıxardı


Şou-biznes 28 Avq 2019 13:04:00 257 0

"Tənbəl" sözü Ramalı özündən çıxardı

Müğənni Ramal İsrafilov aparıcı Aydan Axundovanın "Sözüm var" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi aparıcının "Tənbəlsən" sözünə sərt reaksiya verib. Ramal bildirib ki, bu sözün ünvanına deyilməsinə əsəbiləşir:

"Tənbəl deyiləm. Axı mən tək ifa etmirəm. Sənətçi dostlarım üçün də mahnı yazıram. İstər yerli, istər türk müğənnilərinə bəstələr verirəm. Hər dəvətə getmirəm, efirləri seçirəm, tez-tez görünmürəm. Ona görə "tənbəl" deyirlər.

İndi şou-biznesdə iki aydan bir mahnı çıxaran kim var? Amma mən edirəm, hər iki aydan bir radioda yeni ifam səslənir. On il ərzində 261 mahnı yazmışam. Tənbəl deyəndə, xətrimə dəyir".