Rada Nəsibova yeni serialda baş rola çəkilir


Şou-biznes 28 Avq 2019 12:09:00 544 0

Rada Nəsibova yeni serialda baş rola çəkilir

Akademik Milli Dram Teatrının tanınmış aktrisası Rada Nəsibova yeni seriala çəkilir.

Son.az bildirir ki, bu barədə "ölkə.az"a aktrisa özü məlumat verib. Nəsibovanın sözlərinə görə, baş rolunu oynadığı serialda ondan başqa Nuriyyə Əliyeva, Sona Babayeva, Mətanət Atakişiyeva, Yeganə Orucova, Zülfiyyə Məmmədova və başqaları çəkilir. Nəsibova serialın süjet xətti barədə bunları deyib:

"Serial qəhrəmanımın başına gələn faciələrdən bəhs edir. Hər şey Nərgizə böhtan atılmasından sonra başlayır. Heç kim Nərgizə inanmır və hadisələr daha da dərinləşir".   Qeyd edək ki, "Bir qadın" adlanan serialın rejissoru Şahin Qəhrəmandır. Ekran işi İlqar Fəhminin eyniadlı povesti əsasında çəkilir.

Xatırladaq ki, "Bir qadın" sentyabr ayından ATV kanalında yayımlanacaq.

(adsgarden = window.adsgarden || []).push({});