Sançesin yeni klubu müəyyənləşdi


İdman 28 Avq 2019 12:05:00 290 0

Sançesin yeni klubu müəyyənləşdi

Manchester United-in hücumçusu Aleksis Sançes karyerasını İtaliyada davam etdirəcək.

Goal.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, çilili futbolçu İnter-ə keçib. Milan klubu 30 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürüb.

Qeyd edək ki, 2022-ci ilin yayına qədər Manchester United-lə müqaviləsi olan Sançes ötən mövsüm 27 oyuna 2 qol vurub, 4 məhsuldar ötürmə edib.