Direktor olmaq istəyən daha 114 namizəd müsahibə mərhələsində iştirak edəcək


Digərləri 28 Avq 2019 12:07:05 242 0

Direktor olmaq istəyən daha 114 namizəd müsahibə mərhələsində iştirak edəcək

Bu gün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə müsahibə mərhələsinə başlanılıb.

Bakı. İlhamə İsabalayeva - Bu gün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə müsahibə mərhələsinə başlanılıb. Trend-in məlumatına görə, bu mərhələdə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 114 namizədin iştirakı nəzərdə tutulur. Sözügedən rayonlar üzrə müsahibələr avqustun 30-dək davam edəcək. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək. Qeyd edək ki, 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. Sənəd qəbulu zamanı 3403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib.