6 il sonra keçmiş klubunda


İdman 28 Avq 2019 11:20:00 243 0

6 il sonra keçmiş klubunda

Almaniyanın Mainz klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bundesliqa klubu digər elita təmsilçisi Hoffenheim-dan ayrılan Adam Salaini transfer edib.

Bu barədə onun köhnə-yeni klubunun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik 31 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Macarıstan yığmasının forvardı 2014-cü ildən Hoffenheim-da çıxış edirdi. 2016-cı ildə qısa müddətə Hannover-ə də icarəyə verilən Adam, bu yay azad agent statusu alaraq Hoffenheim-dan ayrılmışdı. O, daha öncə Stuttgart, Real, Schalke klublarında da forma geyinib. 2010-2013-cü illər aralığında isə Salai məhz Mainz-da forma geyinib. Macarıstan yığmasında 56 oyun keçirən hücumçu, bu görüşlərdə 20 qolla yadda qalıb.