Rəşad Əzizov: Gələcəkdə “Hackathon” müsabiqəsi beynəlxalq səviyyədə keçiriləcək


Digərləri 28 Avq 2019 11:42:00 199 0

Rəşad Əzizov: Gələcəkdə “Hackathon” müsabiqəsi beynəlxalq səviyyədə keçiriləcək

Gələcəkdə “Hackathon” müsabiqəsi beynəlxalq səviyyədə keçiriləcək.

Bakı. Kəmalə Məmmədli - Gələcəkdə “Hackathon” müsabiqəsi beynəlxalq səviyyədə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov “AZCLOUD Hackathon 2019” müsabiqəsinə həsr olunmuş mətbuat konfransında deyib. R.Əzizov bildirib ki, gələcəkdə hackathonlar elektron hökumət, maliyyə texnologiyaları və digər istiqamətlərdə iştirakçılara məhsul təqdim etməyə imkan yaradacaq. Nazirlik nümayəndəsi qeyd edib ki, gələcəkdə bu müsabiqələrdə təqdim olunmuş məhsullar xaricə ixrac olunacaq. Bu savadlı və perspektivli azərbaycanlı gənclər üçün böyük şansdır. Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə keçirilən “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir. Müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər. Həmçinin, bu yarışmada iştirak bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də, investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır. “AZCLOUD Hackathon 2019" müsabiqəsi üzrə qalib komanda 10 000 AZN məbləğində pul mükafatı qazanacaq. Qeydiyyat iyulun 1-dən başlayıb və yarışmanın veb səhifəsindən (www.h.azcloud.az/reg) sorğular qəbul olunub.