Bakıda 700dən çox müəllimə təlim keçiriləcək FOTO


Digərləri 28 Avq 2019 11:34:00 217 0

Bakıda 700dən çox müəllimə təlim keçiriləcək  FOTO

Paytaxt müəllimləri üçün "İnklüziv sinifdə təlimin təşkili" mövzusunda ixtisasartırma təlimləri keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, təlimlər Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır.

İxtisasartırma təlimlərinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 700-dən çox ibtidai sinif müəlliminin cəlb olunması nəzərdə tutulur. Təlimlər hər qrup üzrə 6 gün davam edəcək.

Təlimi uğurla tamamlamış müəllimlər yekun qiymətləndirmədə iştirak edərək sertifikatla təltif olunacaq.