İranın cənubunda ağır qəza - 5 nəfər öldü


Digərləri 28 Avq 2019 11:29:45 186 0

İranın cənubunda ağır qəza - 5 nəfər öldü

İranın cənubunda yerləşən Xuzistan vilayətinin İyzə rayonunda qoşqulu yük maşını “Tiba” markalı avtomobillə toqquşub.

Bakı. Elnur Bağışov - İranın cənubunda yerləşən Xuzistan vilayətinin İyzə rayonunda qoşqulu yük maşını “Tiba” markalı avtomobillə toqquşub. Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayətinin yol polisi rəisi polkovnik Mənsur Cəmşidi deyib. M.Cəmşidinin sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Polis rəisi yaralının xəstəxanaya yerləşdirildiyini deyib.