AQTA İsmayıllıdakı zəhərlənmə ilə bağlı araşdırmalara başladı


Digərləri 28 Avq 2019 11:35:00 252 0

AQTA İsmayıllıdakı zəhərlənmə ilə bağlı araşdırmalara başladı

İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində baş verən qida zəhərlənməsi ehtimalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.

Bakı. İlhamə İsabalayeva - İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində baş verən qida zəhərlənməsi ehtimalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub. Bu barədə Trend-ə AQTA-dan məlumat verilib. Bildirilib ki, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək.