Yataqda həyat yoldaşını öldürdü


Kriminal 28 Avq 2019 11:29:00 244 0

Yataqda həyat yoldaşını öldürdü

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Zülfüqar Rəhimovun cinayət işi üzrə məhkəmə davam edir.

Son.az ölkə.az-a istinadən bildirir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi avqust ayının 29-na təyin olunub.

Qeyd edək ki, Bərdə rayonun Tumaslı kəndində Zülfüqar Rəhimov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Gülnaz Rəhimovanı bıçaqlayıb.

3 uşaq anası aldığı bıçaq zərbəsindən hadisə yerində ölüb. Zülfüqar Rəhimovun yaxınları onu polis əməkdaşlarına təslim edib. İstintaq araşdırması zamanı qətl hadisəsinin təfərrüatları məlum olub. Zülfüqar Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı ona çay vermədiyi üçün öldürüb.

Səhər saat 6 radələrində yuxudan oyanan Zülfüqar Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı oyatmağa çalışıb və ondan tez çay verməsini tələb edib. Qadın isə səhərin hələ açılmadığını deyib və həyat yoldaşından bir az gözləməyi xahiş edib. Zülfüqar Rəhimov özündən çıxıb və bıçağı götürərək, yataqda yarıyuxulu vəziyyətdə olan həyat yoldaşına zərbələr endirib. Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, keçinib.