Dövlət qulluğuna hazırlaşanlar üçün avqustun 30-da sınaq imtahanı keçiriləcək


Digərləri 28 Avq 2019 11:14:00 170 0

Dövlət qulluğuna hazırlaşanlar üçün avqustun 30-da sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək elektron sınaq imtahanına qeydiyyat davam edir.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək elektron sınaq imtahanına qeydiyyat davam edir. DİM-dən Trend-ə verilən məlumata görə, AA, AB, AC, BA, BB qrupları üzrə avqustun 30-da keçiriləcək imtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat avqustun 30-u saat 9:00-da başa çatacaq. Qeydiyyat üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.