Kəlmeyişəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist


Kriminal 28 Avq 2019 10:54:00 208 0

Kəlmeyişəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist

"Gəzə bilmirəm, ayağa duranda divardan tuta-tuta yeriyirəm. Amma həkimlər bir aya yaxşılaşacağıma söz veriblər. Özümü normal hiss edən kimi səhnəyə qayıdacam. Hələ ki evdəyəm, amma Allah kərimdir". 

Bunu ölümündən bir müddət əvvəl mətbuata açıqlamasında Əməkdar artist, aktyor Azər Mirzəyev demişdi.

Amma aktyorun sağalacağına olan ümidi gerçəkləşmədi. Və onu həmişəlik itirdik...

Son.az modern.az-a istinadla jurnalist Nuranə Daxilqızının Azər Mirzəyevlə bağlı məqaləsini təqdim edir:

Rubrikamızda hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına, dostlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır.  

Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçüb, orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə oranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib. O vaxtdan ömrünün sonuna qədər bu tetrda çalışıb.

19 iyul 2014-cü ildə ürək çatışmazlığından dünyasını dəyişib. O, uzun müddətdir insult və ürək çatışmazlığından əziyyət çəkirdi.Bakı şəhərində vəfat edən aktyor Sabirabad rayonunda dəfn olunub. 

Modern.az-ın əməkdaşı Azər Mirzəyevin son günü ilə bağlı suallarını öncə aktyorun həyat yoldaşı Sevinc xanıma ünvanlayıb. Lakin nədənsə o, bu haqda  danışmaqdan imtina edib.

Nəticədə suallarımızı mərhumun bacısı Esmira Mirzəyeva və yaxın dostu, aktyor Yasin Qarayev cavablandırıb.

Mərhumun bacısı Esmira Mirzəyeva:

"Azər yaxşı oğul, qardaş, ailə başçısı, övladlarına yaxşı ata idi. Hədsiz zarafatcıl insan idi.  1952-ci ildə Zərdab rayonunun Əlvənd kəndində dünyaya gəlib. Bir müddət sonra atamın işi ilə əlqədar ailəmiz Sabirabada köçüb. Azər də orta məktəbi Sabirabadda bitirib. Sonra isə Mədəniyyət və İncəsənət universitetinə qəbul olunub və Bakıya gəlib.

Azər əslində jurnalist olmaq istəyirdi. İmtahan verdi, lakin imtahandan keçə bilmədi. Sonra Mədəniyyət və İncəsənət İnstitutuna  qəbul olundu, təbii ki, incəsənətə də marağı var idi".

İnstitutu bitirdikdən sonra Azər Mirzəyev hərbi xidmətə yollanıb. 1989-cu ildə isə ailə həyatı qurub.

"Azər həyat yoldaşı ilə 1988-ci ildə noyabr ayında qohum toyunda tanış olmuşdu. 1989-cu ilin mart ayında evləndilər və 2 oğul övladı dünyaya gəldi. Hazırda həyat yoldaşı Sevinc xanım Musiqi Gimnaziyasında müəllim işləyir. 

Azər çox gözəl qardaş idi. Hər səhər mütləq bizə zəng edib hal-əhvalımızı soruşardı. İndi onun zənginə çox həsrətəm".

"Yubiley yaşı Azərə uğursuz gəldi..."

Bacısı deyir ki, Azər Mirzəyev yubiley yaşlarını qeyd etməyi sevirdi:

"Onun 50 illik yubileyi televiziya səviyyəsində keçirildi. 2012-ci ildə isə 60 illik yubileyini ailə, qohum, dost-tanış arasında keçirdi. Bəzən deyirlər ki, yubiley yaşını qeyd etmək düşərli olmur, doğurdan da belə oldu". 

Ad gününün ertəsi işdən evə gələn Azər Mirzəyev sol tərəfində keylik hiss etdiyini deyir. Ailə üzvləri həkim çağırır və Azər Mirzəyevin insult olduğu üzə çıxır.

Esmira xanım:

(adsgarden = window.adsgarden || []).push({});